Xəzərdə irimiqyaslı təlimlər keçirilir

  • By admin
  • 27 Avqust 2016 11:12
xezer
Xəzər dənizində genişmiqyaslı hərbi təlimlər davam edir.
Gununsesi.info Rusiya Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, Rusiyanın hərbi gəmiləri  Xəzər və Qara dəniz akvatoriyasında ani döyüşə hazırlığın vəziyyətinin yoxlanması çərçivəsində həyata keçirilən təlimləri davam etdirir.
Təlimlərdə raket, mühafizə, artilleriya raket katerləri, sualtı diversiya qrupu, hava-hücumundan müdafiə sistemi və digər növ gəmilər qarşıya qoyulan tapşırıqları icra etməkdədir.
Təlimlər avqustun 31-dək davam edəcək.
Gununsesi.info