
“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunda istismar olunan “Dərinsulu Günəşli” platformasındakı qazma podratçısının bir işçisi bu gün səhər saatlarında itkin düşüb.
Gununsesi.info-nun xəbərinə görə, hazırda hadisənin təfərrüatları araşdırılır. Belə ki, BP şirkəti qəzalara qarşı cavab tədbirləri qrupunu səfərbər edərək, itkin düşmüş şəxsin tapılması üçün zəruri tədbirlər görülür. Şirkətdən verilən məlumata görə, Xəzər dənizində axtarış və xilasetmə resursları da hazırda səfərbər edilib.
Bildirilib ki, itkin düşən şəxsin ailə üzvləri və müvafiq hökumət orqanları bu barədə məlumatlandırılıb.
Gülnaz Qənbərli
Gununsesi.info