Xəzərdə zəlzələ oldu

  • By admin
  • 09 Aprel 2018 16:38

Xəzər dənizində zəlzələ olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Məlumata görə, zəlzələ yerli vaxtla saat 11:05:02-də Xəzər dənizində qeydə alınıb. Zəlzələnin maqnitudası 3,1, dərinliyi 46 kilometr olub.

Zəlzələ hiss olunmayıb.

Gununsesi.info