Dünən axşam saatlarında Xəzər dənizində zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzindən ( AMEARSXM) Gununsesi.info-ya verilən məlumata görə, yeraltı təkanlar Bakı vaxtıyla saat 20:48-də Astaradan 48 km şərqdə qeydə alınıb. Zəlzələnin maqnitudası 3,8 bal, episentri isə 32 km dərinlikdə yerləşib. Yeraltı təkanlar hiss edilməyib.
Gülnaz Qənbərli