Xəzərdən Kiyevə HÜCUM - Ən bahalı raketlər atılıb

  • By admin
  • 26 İyun 2022 13:35

Rusiya Kiyevə hücumu Xəzər dənizi regionundan yüksək dəqiqliyə malik ən bahalı raketlərlə həyata keçirib.

Gununsesi.info xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin rəsmisi Yuri İqnat deyib.

Onun sözlərinə görə, Rusiya ordusu Kiyevi vurmaq üçün Xəzər dənizi regionundakı strateji aviasiyadan istifadə edib.

“Həştərxan vilayətindən havaya qalxan əsas raketlər X-101-dir. Bu raketlər 5500 kilometr məsafəyə uça bilir”, – Ukrayna rəsmisi vurğulayıb.

Qeyd edək ki, iyunun 26-sı səhər saatlarında Kiyev şəhərinin mərkəzi hissəsinə bir neçə raket atılıb. Kiyevin Şevçenko rayonuna raketin düşməsi nəticəsində yaşayış binasında dağıntılar qeydə alınıb.

Hazırda xilasetmə işləri davam etdirilir. Ölən və yaralananlar barədə dəqiqləşdirmə aparılır.

Gununsesi.info