Xəzərin səviyyəsi ən çox bu il düşüb

Xəzər dənizinin səviyyəsi 2021-ci ildə 35 sm aşağı düşüb.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat konfransında Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.

HTML tutorial

Nazirlik rəsmisi suyun səviyyəsinin aşağı düşməsinin bəzi ölkələri də narahat etdiyini deyib:

“Dəniz suyunun aşağı enməsi xəzəryanı ölkələr üçün narahatlıq doğurur. Xəzər dənizinin aşağı enmə səviyyəsi ən çox bu il qeydə alınıb. Gələn ilin mart ayında nazirliyin təşəbbüsü ilə konfrans keçiriləcək və alman mütəxəssisləri və s. iştirakı ilə bağlı bu istiqamətdə elmi bazanın yaradılması məsələsinə diqqət yetirəcəyik”.

Gununsesi.info