“Xəzər”TV-nin 3 serialı tamaşaçı yığa bilmədi BAĞLANDI - FOTOLAR

  • By admin
  • 26 Yanvar 2017 12:28

 XAZAR

Xəzər TV-də üç serial yayımdan qaldırılıb.

Gununsesi.info “qafqazinfo”ya istinadən məlumat verir ki,  “İki ömür”, “28 İyun” və “Son addım” serialları tamaşaçılarla vidalaşıb.

Bu barədə dekabr ayının sonunda qərar qəbul edilib. Seriallar bir neçə həftədir ki, efirdə verilmir.

Bildirilib ki, hər üç serialın reytinq göstəriciləri ürəkaçan olmayıb. Bu səbədən ekran işlərinin yayımı dayandırılıb.

Bundan əlavə, həftədə bir dəfə yayımlanan “Cehizsiz gəlinlər” serialının isə vaxtı uzadılıb. Reytinq siyahısında yüksək nəticə əldə edən ekran işi həftənin 5 günü tamaşaçı qarşısına çıxır.

“Xəzər”də 3 serial birdən bağlandı -  Fotolar
“Xəzər”də 3 serial birdən bağlandı -  Fotolar

Gununsesi.info