Xəzəryanı dövlətlərin daimi regional orqanı yaradılsın – bu da İranın tələbi

  • By admin
  • 13 İyul 2016 10:51

Məhəmməd-Ca

 

“Xəzər dənizində stabillik və təhlükəsizlik region ölkələri üçün fundamental əhəmiyyət kəsb edir. Su hövzəsindən ancaq sülh məqsədləri ilə istifadə edilməsi məqsədinə sadiq olmalıyıq”.

Gununsesi.info-nun APA-ya istinadən məlumatına görə,  bu sözləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin görüşündə çıxışı zamanı deyib. O, bildirib ki, danışıqlarda müşahidə olunan ümumi qarşılıqlı anlaşma atmosferi nəticələrlə bağlı daha çox optimizm vəd edir. Nazir ətraf mühitin qorunmasının vacibliyini də vurğulayıb və dövlətləri bioloji resurslardan qeyri-rasional istifadə etməkdən çəkinməyə çağırıb. M. C. Zərif Xəzəryanı dövlətləri daimi regional orqan yaratmağa çağırıb: “Onun tərkibi, vəzifələri və səlahiyyətləri Xəzəryanı dövlətlər arasında birgə məshələtləşmələr yolu ilə müəyyən edilə bilər”.

Gununsesi.info