Xədicə İsmayılın qardaşı oğlu şəhid oldu - FOTO

  • By admin
  • 18 Noyabr 2020 21:39

Azərbaycanın tanınmış jurnalisti Xədicə İsmayılın qardaşı oğlu şəhid olub.

Gununsesi.info xəbər verir ki, bu barədə Xədicə İsmayıl özünün sosial şəbəkə hesabında yazıb. O bildirib ki, bir neçə gündür ki, qardaşı oğlunun itkin düşməsi ilə bağlı xəbərlər alıblar:

“Onun axtarışları nəticə vermədi. Bu gün məlum oldu ki, şəhid olub.”

Gununsesi.info-nun kollektivi olaraq, tanınmış jurnalistimizə başsağlığı verir, şəhidimizə Allahdan rəhmət diləyirik!

 

Gununsesi.info