Xələf Xələfov: “Ermənistan Azərbaycanı Serbiya silahları ilə atəşə tuturdu”

  • By admin
  • 23 İyul 2020 14:50

“Mən Serbiyanın müvəqqəti işlər vəkili ilə görüşdüm. Açıq şəkildə dedim ki, bizdə tam dəqiq məlumatlar var ki, bu, baş verib və Serbiya tərəfi bunu araşdırmalıdır”.

Gununsesi.org bildirir ki, bunu bu gün keçirilən mətbuat konfransında Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib.

Onun sözlərinə görə, səfirliklər vasitəsilə təmasları davam etdirilir. Hazırda Serbiya tərəfində bu məsələnin araşdırılması məsələsi başlanılıb. Bununla bağlı Azərbaycana rəsmi izahat veriləcək: “Bu, ikitərəfli münasibətlərə toxunan məsələdir. Mən bunun ikitərəfli münasibətlərdə çox həssas məsələ olduğunu qeyd etmişdim. Çox təəssüflər olsun ki, ilkin araşdırmalar sübut edib ki, Azərbaycanın sərhəddəki yaşayış məntəqələrinə, hərbi qüvvələrimizin mövqelərinə qarşı istifadə olunan minaatanlar, digər silahlar Serbiya mənşəlidir. Beynəlxalq hüquqda malların mənşəyi məsələsində bir liberallıq var. Ancaq silahların mənşəyi məsələsində vəziyyət fərqlidir. Silah istehsal edən ölkə bu silahın istifadəsinə və hansı ölkəyə satılması məsələlərinə görə məsuliyyət daşıyır”.

 

 

Gununsesi.org