Xərçəng xəstəliyini qoxulaya bilən qarışqalar – Bu xəbərlə dünyaya yeni bir ümid doğdu

  • By admin
  • 04 Fevral 2023 19:53

Yeni bir araşdırmaya görə, həssas qoxu sistemləri sayəsində qarışqalar insanlarda xərçəng təşxisində istifadə edilə bilər.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, elm adamları bu ilk addımda ilk dəfə qarışqaların siçanlarda xərçəngi təşxis edə biləcəyini təsbit ediblər.

Araşdırmanın baş yazarı Baptiste Puqueret “Qarışqalar 10 dəqiqə içində siçanların sidiyində xərçəngi təsbit etmək üzrə öyrədilə bilər”, deyir.

Puqueret ərazi araşdırmasına 2017-ci ildə başlayıb. Qarışqaları sağlam hüceyrələr və laboratoriyada böyüdülən xərşəngli hüceyrələri ayırd etmələri üçün öyrədə bilirdi.

İndi isə Puqueret və komandası bir addım daha irəliləyib və qarışqaları siçanlardakı şişləri fərq etməyə başlayıb.

Qarışqaları  pix qoxunu almaq üçün öyrətmək

Puqueret və tağımı ksenogreft (çöl toxuma vaksini) adı verilən bir texnikanı işlədəərk siçanlara insanlarda görülən döş xərçəngi toxumalarını yerləşdirib, şişin böyüməsinə icazə verdilər.

Daha sonra xərçəngli, həm də xəstə siçanlardan sidik örnəkləri toplayıblar. Puqueret ” Öyrənmə prosesində qarışqaları yuvarlaq bir yerdə topladıq və xərşəngli siçanlarda aldığımız sidiyin yanına “mükafat” olaraq yemək qoydur”, deyir.

Qarışqalar mükafat olaraq verilən yeməyi tapdıqca yeməkli xərçəngli hüceyrələrlə əlaqələndirdilər və tanımağı öyrəndilər.

 

Tərcümə: Arzu Sayadoğlu

Gununsesi.info