“Xəritələr sizdədirsə, qoyun ortalığa” -Siyavuş Novruzov

  • By admin
  • 02 Dekabr 2022 12:54

“Burada çıxış edən həmkarlarımız fikirlərini ifadə etdilər. Bəziləri Fransanın məlum qətnaməsinə təəssüf etdiyini, bəziləri belə olmamalı idi dedilər. Fransanın mövqeyi 30 ildir ki, ortadadır. Onlar dəyişməyib. Biz də buna uyğun davranmalıyıq”.

Gununsesi.info xəbər verir ki, bunu parlamentin bu gün keçirilən iclasında deputat Siyavuş Novruzov deyib.

Komitə sədri ad çəkmədən ötən gün açıqlama verən Rusiya xarici işlər naziri Sergey Lavrovun fikirlərini də tənqid edib: Bir neçə gün əvvəl dəfn edilən Minsk Qrupunun digər üzvü o boyda dövlətin marağından deyil, içərisində olan erməni yanğısından danışıb. Deyib ki, o vaxt belə təklif edirdik, qəbul etmədiniz.

Sən niyə yalan deyirsən ki, Qarabağın statusu gələcəyə saxlanılsın. Bəli, Soçidə bunu etmək istəyirdiniz, amma Azərbaycan prezidentinin qətiyyəti sayəsində olmadı, suyu süzülə-süzülə oranı tərk etdiniz. Cənab prezident bəyan edib ki, status məsələsi yoxdur. Deyir onlar nəyi müzakirə edirlər, xəritələr bizdədir. Xəritələr sizdədirsə, verin, çıxarın qoyun ortaya. Azərbaycan deyir BMT-yə daxil olan sərhədlərlə məsələ ilə həllini tapacaq”.

Siyavuş Novruzov bildirib ki, Milli Məclisin dostluq qrupıları fəal olmalıdır: “Sabah Rusiyanın parlamentindən qərar gələndə deməməliyik ki, təəssüf edirik. Hər bir addıma ciddi şəkildə cavab verməliyik. Azərbaycan müstəqil dövlətdir və onun işinə qarışmağa heç kimin haqqı yoxdur”.

Gununsesi.info