Xəsarət almış şəxslərə birdəfəlik yardım veriləcək

  • By admin
  • 11 Mart 2022 12:13

1991-1997-ci illərdə xidmətdə olarkən xəsarət almış şəxslərə birdəfəlik yardımın verilməsi ilə bağlı siyahılar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev məlumat verib.

Onun sözlərinə görə, siyahılar emal ediləndən sonra proaktiv qaydada ödənişlər veriləcək:

“Bu məsələdə vətəndaşların xüsusi müraciəti vacib deyil. Onların əlillikləri ilə bağlı məlumatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin altsistemlərində var. Biz məlumatları həmin dövrdə xidmət etdikləri qurumlardan alırıq”.

Gununsesi.info