“Xəstə uşaqla birlikdə 2 ildir get-gəldə qalıblar…” - DEPUTAT İKİ ÖVLADI XƏSTƏ OLAN SEÇİCİSİNƏ MÜNASİBƏTDƏN DƏHŞƏTƏ GƏLDİ VƏ…

  • By admin
  • 03 Sentyabr 2020 17:20

Biləsuvar rayonu Təzəkənd kəndindən olan seçicim Fərqanə Niftullayevanı övladı Hüseyn Əliyev ilə birlikdə online formatda qəbul etdim. Ailə başçısını itirmiş bir ananın müraciətini dinlədikcə dəhşətə gəldim. Fərqanə xanımın iki övladı uzun illərdir xəstəlikdən əziyyət çəkdir, oğlu 20 yaşlı Hüseyn 18 yaşına kimi sağlamlıq imkanlarının məhdud olması ilə əlaqədar müavinət alıb, 2018-ci ildən isə əlilliyin qiymətləndirilməsi üçün sənədlərini Tibbi Sosial Ekspert Komissiyasına göndərə bilmirlər.

Gununsesi.info xəbər verir ki, bunu millət vəkili Bəhruz Məhərrəmov deyib.

Bildirib ki, şikayətçinin dediyinə görə, 2 ildə 3-cü dəfədir müxtəlif bəhanələrlə qarşılaşır, gözlədilir, göndərişlərin düzgün və tam doldurulmadığı əsas gətirilərək sənədləri geri qaytarılır.

“Bir sözlə, xəstə uşaqla birlikdə 2 ildir get-gəldə qalıblar. Fərqanə Niftullayevanın digər xəstə övladına gəlincə, ona deyilib ki, qızı ilə bağlı yalnız oğluna əlillik təyin edildikdən müraciət edə bilər. Həqiqətən ağlasığmaz yanaşmadır, inanmaq və ümid etmək istəyirəm ki, rayon adına utanc gətirən bu kimi yanaşmalara qısa müddətdə son qoyulacaq”-deyə, o, əlavə edib.

 

 

Gununsesi.info