Xəstələrin sayı artarsa, bir yol qalır - MƏLAHƏT İBRAHİMQIZI

  • By admin
  • 04 Avqust 2022 11:45

 

Son zamanlar ölkəmizdə koronavirus xəsətələrinin sayında ciddi artım müşahidə olunur.

Xəstə sayındakı artımla bağlı hökumətin  yenidən sərt qadağalara gedəcəyinə dair fikirlər də yayılmağa başlayıb. 

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı Gununsesi.info-ya bildirib ki, xəstələrin sayı artarsa, vəziyyəti tənzimləməyə ehtiyac yaranacaq: “Əhalimiz peyvəndlənib, bir hissəsi xəstələnib-sağalıb. Xəstələrin sayı artarsa, bir yol qalır – məhdudiyyətlər tətbiq olunsun”.

Deputat yoluxmaların sayının tək Azərbaycanda yox, başqa ölkələrdə də artdığını söyləyir: “Azərbaycanda da bir neçə gün əvvəl gündəlik yoluxmanın sayı 5 idisə, hazırda say ikirəqəmlidir. İnsanların miqrasiyası, kontaktları, xeyir-şər mərasimləri buna təsir göstərir. Əgər yoluxmaların, ölümlərin sayı kəskin artsa, müəyyən məhdudiyyətlər tətbiq oluna bilər”.

Komitə üzvü Azərbaycan hökumətinin koronavirusla mübarizə siyasətinin doğru olduğunu, onu hətta beynəlxalq təşkilatların da təqdir etdiyini vurğulayır: “Azərbaycan ən az itki verən ölkələrdən oldu”.

 

Afaq Əliyeva

Gununsesi.info