“Xəstələrin “Təcili Yardım”la rayondan paytaxta göndərilməsinə qadağa qoyulmayıb” - SƏHİYYƏ NAZİRLİYİNDƏN AÇIQLAMA

  • By admin
  • 04 Noyabr 2016 12:13

Tecili Yardım Xidməti 1

“Rayonlardan paytaxta Təcili Yardım avtomobili ilə xəstələrin göndərilməsinə qadağa qoyulmasıyla bağlı yayılan informasiya həqiqəti əks etdirmir”.

Bu haqda Gununsesi.info-ya  Səhiyyə Nazirliyi mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədova Zaqatalada rayon Mərkəzi Xəstəxanasından xəstənin Təcili Yardım maşinları ilə Bakıya gətirilməsinə etiraz edilməsiylə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

S.Əhmədova qeyd edib ki,  bu sahədə heç bir qadağa ola bilməz, sadəcə, bu haqda məlumatı düzgün verməyiblər.

Qeyd edək ki,  noyabrın 4-də mətbuatda  bildirilib ki, Zaqatala rayon Mərkəzi Xəstəxanasından xəstənin təcili yardım maşınları ilə Bakıya gətirilməsi müşkülə çevrilib. Belə ki, xəstənin yaxınları onu Bakıya gətirmək istəsə də, təcili yardım buna icazələrinin olmadığını deyib. Bildirilib ki, təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir. Belə olduğu halda, Bakıdan təcili yardım maşını göndərilməli, o xəstəni götürərək Bakıya qaytarmalıdır. Bundan əlavə, xəstə Bakıya aparılsa belə, onun özəl xəstəxanalara yerləşdirilməsinə icazə yoxdur. Xüsusi hallarda xəstə təcili yardım briqadaları vasitəsilə Bakıya gətirilərsə, onlar yalnız əvvəldən müəyyənləşdirilən bəzi xəstəxanalara yerləşdirilir. Bu qaydalar yalnız Zaqatalada deyil, digər şəhər və rayonlarda da tətbiq edilir.

Təcili yardım maşınlarında quraşdırılan CPRS vasitəsilə onların fəaliyyətinə nəzarət olunur və rayondan çıxmalarına icazə verilmir. Bəzi hallarda isə xəstəxanada profillər üzrə kadr çatışmır. Belə ki, bu məsələ günortadan sonra, növbətçilik zamanı daha qabarıq formada özünü göstərir. Məsələn, xəstəxanada müəyyən xəstəyə yardımın göstərilməsi üçün ixtisasa uyğun həkimlər olmur.

Təbii ki, istənilən halda xəstəyə vaxtında tibbi yardımın edilməməsi müəyyən problemlərə, hətta ölümə də səbəb ola bilər.

Gülnaz Qənbərli

Gununsesi.info