Xətaidə qızıl oğruları peyda olub  — İki ev qarət edildi

  • Müəllif: admin
  • 27 İyun 2018 17:04

Xətaidə qızıl oğruları peyda olub

 Xətai rayonunda qadının 6 min manatlıq qızılı oğurlanıb.

Zığ yolu küçəsi, ev 38-də yaşayan Gültəkin Əliyeva 36-cı Polis Bölməsinə ərizə ilə müraciət edərək bildirib ki, evdə olmadığı vaxt naməlum oğru mənzilinə daxil olaraq dolabda olan qızıllarını oğurlayıb.

Faktla bağlı təhqiqat araşdırmalarına başlanılıb, qadının izahatı alınıb.

 Digər analoji hadisədə elə Xətai rayonunda qeydə alınıb. General Şıxlinski küçəsi ev 1 B-dən də 3 min manatlıq qızıl  oğurlanıb. Zərərçəkən Firuzə Bayramova şikayət edərək bildirib ki, naməlum oğru pəncərənin dəmir barmaqlığını əyməklə mənzilə daxil olub və qızılları aparıb.