Xəzər Universiteti beynəlxalq reytinq cədvəllərində Azərbaycan üzrə liderdir

  • By admin
  • 20 Dekabr 2021 16:13

2021-ci il dekabrın 2-də baş ofisi Parisdə yerləşən, beynəlxalq aləmdə geniş nüfuza malik “EDUNİVERSAL” təşkilatı dünyanın ən yaxşı Biznes Məktəblərinin rəsmi reytinqini dərc edib.

Gununsesi.info xəbər verir ki, reytinq cədvəlində Xəzər Universitetinin İqtisadiyyat və Menecment Fakültəsi Azərbaycanın biznes məktəbləri arasında 1-ci yeri tutub.

Bu reytinq cədvəli “Eduniversal” Elmi Komitə üzvləri tərəfindən beynəlxalq təsir, reputasiya və təhsil keyfiyyəti kimi meyarlar əsasında müəyyən edilir.

Daha bir reytinq cədvəli dekabr ayının 15-də – QS Reytinq Agentliyinin (Böyük Britaniya) “İnkişaf etməkdə olan Şərqi Avropa və Mərkəzi Asiya” regionu üzrə yeni reytinq cədvəli açıqlanıb. Reytinq cədvəlində Xəzər universiteti yenə Azərbaycan universitləri arasında 1-ci yeri tutub. Reytinq cədvəlinə Azərbaycandan 7 ali məktəb daxil edilib.

QS Reytinq cədvəli ali məktəblərdə müəllimlərin təcrübəsi, işəgötürənlər arasında nüfuz, akademik nüfuz və s. meyarlar üzərində tərtib edilib.

Dünyanın nüfuzlu reytinq cədvəllərində yer alan ali məktəblərimizi təbrik edir, fəaliyyətlərində uğurlar arzulayırıq.

Reytinqlə bağlı məlumatları Xəzər Universitetinin saytında yerləşdirilmiş link vasitəsi ilə əldə etmək olar.

Gununsesi.info