Xəzər Universitetinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində - FOTO

  • By admin
  • 24 Yanvar 2023 12:27

Xəzər Universitetinin nümayəndə heyəti Türkiyə Böyük Millət Məclisində millət vəkili, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun rəhbrəri Şamil Ayrım və Kırşehirli millət vəkili Hacı Turanla görüş keçirildi.

Gununsesi.info xəbər verir ki, Millət vəkilləri Xəzər Universitetinin nümayəndə heyətini səmimi salamlayaraq onlarla yaxından tanış oldular və Məclisin tarixində ilk dəfə olaraq Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşdən məmnun olduqlarını bildirdilər.

Onlar Azərbaycan-Türkiyə dostluq əlaqələri haqqında tələbələrə məlumat verdilər.
Türkiyə Cumhuriyyəti Gənçlik və Spor İl Müdürü Numan Nafiz Şahin Xəzər Universiteti ilə həyata keçirilən Mübadilə proqramı haqqında Millət vəkillərinə geniş məlumat verdi.

Xəzər Universitetinin İctimai Əlaqələr və Media üzrə direktoru, qrupun rəhbəri Əlövsət Əmirbəyli Universitetin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlının və Universitetin rektoru İradə xanım Xəlilovanın salamlarını çatdırdı və belə beynəlxalq mübadilə proqramlarının gənclər üçün böyük əhəmiyyəti olduğunu vurğuladı. O, Hamlet İsaxanlının “Mənim Qarabağım və ya Qarabağ Düyünü” kitabını, Xəzər Universitetinin Şuşa plaketini və Azərbaycanın Milli Brendi Azərçayın hədiyyəsini millət vəkili Şamil Ayrıma təqdim etdi.

Millət Vəkilləri Şamil Ayrım və Hacı Turan Xəzər Universitetinin tələbələrini Ankarada qonaq etməkdən məmnun olduqlarını bildirdilər. Millət vəkili Şamil Ayrım nümayəndə heyətinin şərəfinə ziyafət verib.

Gununsesi.info