Xəzərdə azyaşlı oğlan batdı

  • By admin
  • 05 İyun 2022 18:50

Xəzər dənizində 12 yaşlı yeniyetmə batıb.

Bu barədə Gununsesi.info-ya  Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Xəzər rayonunda dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 700 m aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2010-cu il təvəllüdlü Mirfərhad Nəcəfqulu oğlu Damədov meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info