Xəzərdə zəlzələ olub

  • By admin
  • 24 Oktyabr 2022 09:07

Oktyabrın 24-də Xəzər dənizində zəlzələ baş verib.

Respublika Seysmoloji Xidmət Mərkəzindən  bildirilib ki, yerli vaxtla saat 07:38-də qeydə alınan zəlzələnin ocağı 61 kilometr dərinlikdə yerləşib.

Zəlzələnin maqnitudası 4,2-yə bərabər olub.

Gununsesi.info