“X” sosial şəbəkəsində möhtəşəm YENİLİK – FOTO

  • By admin
  • 28 Oktyabr 2023 09:06

“X” sosial şəbəkəsində video və audio zənglər olacaq.

Gununsesi.info oxu.az-a istinadən xəbər verir ki, bu barədə sosial şəbəkənin sahibi Elon Mask elan edib.

Bu funksiyanın ilkin versiyası artıq iOS əməliyyat sistemində mövcuddur.

Video və səsli zəngləri aktivləşdirmək üçün “Parametrlər”, “Məxfilik” və “Təhlükəsizlik” oradan da “Şəxsi Mesajlar”, “Audio və Video Zəngləri Aktiv et” bölməsinə keçməlisiniz.

Qeyd edək ki, bənzər funksiya “Whatsapp”, “Facebook”, “Telegram” və s. digər sosial şəbəkələrdə mövcuddur.