Amerikalı aktyor Karmine Karidi 85 yaşında dünyasını dəyişib.
“Gununsesi” “Daily Mail”ə istinadən xəbər verir ki, “Xaç atası” filmindəki Rozato rolu ilə tanınan aktyor bir müddətdir Los-Ancelesdə xəstəxanada koma vəziyyətində idi. Karidinin səhhəti qəflətən pisləşib. Ölüm anında belə şüuru özündə olmayıb.
Qeyd edək ki, Karidi “Taksi”, “Saymon və Saymon”, “Şöhrət” filmləri daxil olmaqla 100-dək ekran işində çəkilib.