Bu gün qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Xaçatryan Vaqif Çerkezoviçin bu gün cinayət işi üzrə məhkəmənin növbəti iclası fasilədən sonra davam etdirilib.
Gununsesi.info xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən iclasda hökm elan edilib.
Hökumə əsasən, Vaqif Xaçatryan 15 il azadlıqdan məhrum edilib.
Gununsesi.info