Xaçaturyan yalandan and içdi - Davtyan

  • By admin
  • 14 Mart 2022 11:48

“Ermənistanın yeni prezidenti Vaaqn Xaçaturyan dünənki andiçmə mərasimində prezident kimi yalandan and içdi. Bunu onun özü də bilir. Xaçaturyan yalandan and içməklə baş nazir Nikol Paşinyanın vətənə xəyanətinə şərik oldu”.

Gununsesi.info xəbər verir ki, bunu erməni siyasətçi, politoloq Hayk Davtyan deyib.

O bildirib ki, Vaaqn Xaçaturyan Ermənistanın milli maraqlarını qorumaq iqtidarında deyil:

“Onun əlində heç bir səlahiyyət yoxdur. O, ölkəni uçuruma gedən yolda sadəcə seyr etməklə məşğul olacaq. Bu, Ermənistanın müstəqilliyinin 30 ili ərzində görünməmiş biabırçı inaqurasiya idi. Hamı, o cümlədən Vaaqn Xaçaturyanın özü də əmindir ki, yeni prezidentin əsas funksiyası Nikol Paşinyanın xəyanətini ratifikasiya etmək olacaq. Onun prezidentliyinin sonunda biz bəlkə də Ermənistanın müəyyən hissəsini itirə bilərik”.

Gununsesi.info