Video



Maraqlı

Müsahibə

Gündəm

Reportaj

Müxtəlif

Fevral 2018
BE ÇA Ç CA C Ş B
« Yan    
 1234
567891011
12131415161718
19202122232425
262728  

XƏBƏR LENTİ

25 Fevral 2018
24 Fevral 2018

17 Avqust 2016 - 16:38

Xaçmaz və Salyan rayonlarına təbii qaz verildi

 

qazzzz

Avqustun 17-də Xaçmaz rayonunun Qədmalıqışlaq kəndinə ilk dəfə, Salyan rayonunun Birinci Varlı kəndinə isə yenidən təbii qazın verilməsi münasibəti ilə tədbirlər keçirilib.Tədbirlərdə rayonların icra hakimiyyətlərinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Gununsesi.info xəbər verir ki, Xaçmaz rayonunda keçirilmiş tədbirdə bildirilib ki, 110 abonenti olan Qədmalıqışlaq kəndinin ilk dəfə qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında 7678 metr uzunluğunda metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Salyan rayonunun 256 abonentlik Birinci Varlı kəndinə təbii qazın verilişinin bərpası ilə əlaqədar keçirilən mərasimdə qeyd olunub ki, qazlaşdırma işləri zamanı 21152 metr uzunluğunda müxtəlif diametrli borularla qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılıb.

Çıxış edən sakinlər və ictimaiyyət nümayəndələri kəndlərə təbii qazın verilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Gununsesi.info