Xaçmazda 17 yaşlı piyadanı maşın vurub

  • By admin
  • 16 Yanvar 2018 22:15

Xaçmaz şəhərində piyadanın vurulması nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, hadisə şəhərin Hacı Zeynalabidin Tağıyev küçəsində baş verib.  Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən 2001-ci il təvəllüdlü Seyidməmmədova Aysel Laçın qızına sol siz oynağının əzilməsi diaqnozu qoyulub,vəziyyəti normaldır.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info