Xaçmazda 4 otaqlı ev yandı

  • By admin
  • 18 İyul 2022 21:34

Xaçmazda yaşayış evində yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Üçgünqışlaq kəndində ümumi sahəsi 180 m² olan kürsülü, birmərtəbəli 4 otaqlı evin mətbəxində lambirdən ibarət tavan 16 m² sahədə, 1 ədəd soyuducu və qismən 1 ədəd paltaryuyan maşın yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Gununsesi.info