
Xaçmaz şəhərində yanğın hadisəsi qeydə alınıb.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, yanğın vətəndaşa məxsus ümumi sahəsi 120 m² olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evdə baş verib.
Nəticədə evin 1 otağının yanar konstruksiyaları 20 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 19:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info