Xaçmaz rayonunda 7 yaşlı uşaq yol qəzasında xəsarət alıb.
Gununsesi.info xəbər verir ki, 2017-ci il təvəllüdlü M.M yolu keçərkən avtomobil onu vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Lakin vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən tibb müəssisələrinin birinə gətirilib.
Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.