Xaçmazda açıq ərazilərdə yanğınlar olub

  • By admin
  • 06 Mart 2023 21:51

Xaçmazda açıq ərazilərdə yanğınlar baş verib.

Gununsesi.info bildirir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, nazirliyin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunun Tikanoba kəndi yaxınlığında dənizə yaxın açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

“Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub. İlkin məlumata əsasən, təxminən 1 hektar sahədə quru ot və kol-kos yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Hava şəraitinin küləkli olmasına baxmayaraq, yanğının daha geniş əraziyə yayılmasının qarşısı alınaraq söndürülməsi təmin edilib”, – deyə məlumatda qeyd olunub.

Eyni zamanda, Xaçmaz rayonunun Mürşüdoba kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə də məlumat daxil olub.

“Yanğınla əlaqədar Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək”, – deyə nazirlikdən verilən açıqlamada bildirilir.

Gununsesi.info