Xaçmazda ağır qəza - FHN məlumat yaydı

  • By admin
  • 25 Dekabr 2020 15:14

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Xaçmaz rayonunda “ВАЗ” markalı minik avtomobilinin “Volvo” markalı iki yük avtomobilinin arasında sıxılıb qalması barədə məlumat daxil olub.

Gununsesi.info nazirliyə istinadən xəbər verir ki, hadisə yerinə Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Keçirilən tədbirlər nəticəsində müxtəlif xəsarətlər alaraq sıxılı vəziyyətdə qalan 1 nəfər minik avtomobilindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Gununsesi.info