Xaçmazda ağır yol qəzası - Bir ailə xəstəxanalıq oldu

Xaçmazda yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə Gəndob-Yalama yolunun Nərəcan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

HTML tutorial

Qəhrəman Qasımovun idarə etdiyi “VAZ-21015” markalı maşınla “QAZEl” markalı yük avtomobili toqquşub.

Nəticədə, bir ailənin beş üzvü xəsarət alıb. Yaralılar, Siyəzən rayon sakinləri – 56 yaşlı Tofiq Axundov, 31 yaşlı Raziyə Axundova, 15 yaşlı Nuray Axundova, iki yaşlı Nilay Axundova, 20 yaşlı Allahverdi Beybutov Xaçmaz Rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.org