Xaçmazda avtomobil idarəetmədən çıxaraq səkiyə çırpılıb, ölən və yaralanan var

  • By ilhame
  • 15 Sentyabr 2024 13:51

Xaçmazda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Gununsesi.info-nun məlumatına görə, hadisə Xaçmaz-Xudat avtomobil yolunun Köhnəxaçmaz kəndindən keçən hissəsində qeydə alınıb.

 

Sürücü “Opel” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirərək nəqliyyat vasitəsini yolun kənarındakı səkiyə çırpıb.

 

Hadisə nəticəsində 2001-ci il təvəllüdlü Şəhriyar Məmmədov dünyasını dəyişib.

 

Avtomobildə olan digər şəxs, 2002-ci il təvəllüdlü Gülməmməd Gülməmmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info