Xaçmazda DƏHŞƏT: Vətən müharibəsi iştirakçısı qəzada öldü - FOTOLAR

  • By admin
  • 12 Sentyabr 2021 21:44

Bu gün Sabirabadda baş verən ağır yol qəzasında həlak olan şəxsin Xaçmaz Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsi Elşən Ağayev olduğu müəyyənləşib.

Gununsesi.info xəbər verir ki, hadisə Yastıqoba kəndində qeydə alınıb.

“Tofaş” markalı avtomobillə “VAZ-2107” markalı avtomobillə toqquşması nəticəsində daha nəfər – 1993-cü il təvəllüdlü Baxşəliyeva Şəfaqət Əsəd qızı, 1979-cu il təvəllüdlü Fərhadov Rövşən Yusif oğlu, 1996-cı il təvəllüdlü Baxşəliyev Sədi Adil oğlu və 1993-cü il Baxşəliyev Əli Adil oğlu müxtəlif xəsarətlər alıblar.

Qeyd edək ki, Elşən Ağayev Vətən müharibəsi iştirakçısı idi. (“Report”)

Gununsesi.info