Xaçmazda faciəvi qəza: ölən var - FOTOLAR

  • By admin
  • 22 İyun 2016 16:48

faf8f1ef-db25-4dd6-9816-e83dce992627

Xaçmaz rayonunda ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb. Gununsesi.info xəbər verir ki, iki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib. Hadisə Qəndab-Yalama yolunun 33-cü kilometrliyində, Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. “Lada Priora”nın sükanı arxasında olan 26 yaşlı Toğrul Məhərrəmov içkili halda yolun əks hərəkətli hissəsinə çıxıb və Xudat istiqamətində hərəkətdə olan Şəmkir rayon sakini, 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi avtomobilə toqquşub. Zərbənin gücündən “Priora” yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib.

“Mercedes”in sükanı arxasında olan Tural Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb. Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb. Qəzanın təfərrüatları araşdırılır.

Gununsesi.info

 

27b13d40-e8f3-448f-b82d-45f64e08ec84

 

2e08bc76-3d3a-432e-9343-5d54cdaa0536