Xaçmazda köməksiz vəziyyətdə qalan şəxslər xilas olundu

  • By admin
  • 02 Sentyabr 2016 12:03

701490

Xaçmazda köməksiz vəziyyətdə qalan şəxslər xilas edilib.

Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xaçmaz rayonu, Niyazoba kəndində yağan leysan yağışları nəticəsində həyətyanı sahəni su basması və 3 nəfərin evdə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Dərhal Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunub və vətəndaşları təhlükəsiz əraziyə çıxarılmasını təmin ediblər.

Gununsesi.info