Xaçmazda mənzildən meyit tapıldı

  • By admin
  • 22 Avqust 2016 14:25

00d74fb915fcb5441f5114746405a818

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Xaçmaz şəhərində mənzildə 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Gununsesi.info-nun adıçəkilən nazirliyin saytına istinadən verdiyi xəbərə görə, Şimal Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıblar. 1946-cı il təvəllüdlü Korniyenko Anatoli Vasilyeviçin cəsədini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Gununsesi.info