Xaçmazda minik avtomobili yük maşını ilə toqquşdu, ölən var

Xaçmazda minik avtomobili yük maşını ilə toqquşub, ölən var.

Gununsesi.info xəbər verir ki, hadisə rayonun Nərəcan kəndində qeydə alınıb.

Belə ki, VAZ-2107 və “KamAZ” markalı avtomobillərin toqquşması nəticəsində 1996-cı il təvəllüdlü Azər Yadulla oğlu Ədilov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına aparılıb, həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

A.Ədilovun meyiti müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info