Xaçmazda qəzada ölən polis əməkdaşı içkili olub – FOTO

Bu gün Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə Xaçmaz rayonunun Nabran kəndi ərazisində ağır yol qəzası nəticəsində ölüb.

Gununsesi.info-nun əldə etdiyi məlumata görə, E.Mürsəlzadə dostuna aid “Hyundai” markalı avtomobili içkili şəkildə yüksək sürətlə idarə edib. Nəticədə o, yol kənarındakı ağaca çırpılaraq hadisə yerində dünyasını dəyişib.

Adıçəkilən polis serjantının özündən başqa bir qardaşı var, subay olub, onun 27 yaşı var idi.

Xaçmazda polis əməkdaşı yol-nəqliyyat hadisəsi nəticəsində ölüb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, sentyabrın 3-də saat 01 radələrində Xaçmaz rayonunun Nabran kəndi ərazisində Xudat Polis Bölməsinin əməkdaşı, polis serjantı Elvin Mürsəlzadə xidmətdən kənar vaxtı idarə etdiyi şəxsi “Hyundai” markalı avtomobili yolun kənarındakı ağaca vurub və nəticədə o, hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info