Xaçmazda sənədsiz silahlar polisə təhvil verilib

  • By ilhame
  • 18 Noyabr 2023 20:48

Xaçmazda 5 ədəd sənədsiz silah polisə təhvil verilib

 

DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Gununsesi.info-ya verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçiridkləri profilaktiki tədbirlər nəticəsində qanunsuz saxlanılan odlu silahların könüllü şəkildə təhvil verilməsi təmin edilib.

 

Qeyd olunan tədbirlər zamanı polis əməkdaşları tərəfindən 5 ədəd müxtəlif növ tüfəng təhvil götürülüb.

 

Bu istiqamətdə tədbirlər mütəmadi olaraq davam etdirilir.

Gununsesi.info