Xaçmazda TIR qəzaya düşüb, ölən var

Xaçmaz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Gnunsesi.info -nun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Mürşüdoba kəndindən keçən hissəsində baş verib.

HTML tutorial

Belə ki, TIR (“VOLVO”) və “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində Dağıstan respublikası vətəndaşı, 1978-ci il təvəllüdlü Sultanov Murad Maqamedoviç müxtəlif dərəcəli bədən xəsarətləri alıb və Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

“VAZ-2107”-nin sürücüsü isə hadisə yerində ölüb. Onun kimliyi hələ məlum deyil və meyiti müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Xaçmaz rayon şöbəsinə təhvil verilib.

Hadisənin təfərrüatı araşdırılır.

Gnunsesi.info