
Xaçmaz rayonunda yanğın baş verib.
Gununsesi.info-nun Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Xaçmaz şəhərində vətəndaşa məxsus, ümumi sahəsi 28 m2 olan 2 otaqdan ibarət köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Gununsesi.info