Xaçmazda yol qəzası- YARALILAR VAR

Xaçmazda yol qəzası

Xaçmaz rayonu ərazisində yol nəqliyyat hadisəsi qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, qəza Xaçmaz -Xudat yolunun 1-ci km-də qeydə alınıb.

“VAZ 2107” markalı maşınla “Volkswagen” markalı avtomaşın toqquşub.

Xəsarət alan “VAZ 2107-nin sürücüsü Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına gətirilib, ilkin tibbi yardımdan sonra tibb müəssisəsini tərk edib.

Faktla bağlı araşdırmalar aparılır.

Gununsesi.info

COMMENTS