Xaçmazda yüklə dolu maşın dərəyə aşdı - FOTOLAR

  • By admin
  • 21 Dekabr 2016 13:55

unnamed-5

Gününsəsi.info xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Gəndob-Yalama yolunun Xaçmazın Gödəkli kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Yük avtomobili yoldan çıxaraq qəza törədib. Avtomobildə olan 3 tona yaxın alma ətrafa dağılıb.

Hadisəyə səbəb isə “Mercedes” markalı avtomobil olub. Ötmə əməliyyatı zamanı Bakı istiqamətində hərəkət edən “Qazel” markalı yük avtomobilini yoldan çıxararaq qəza törədib. Nəticədə yük avtomobili yolun kənarına aşıb.Hadisə nəticəsində avtomobilə ziyan dəysə də xoşbəxtlikdən  ölən və xəsarət alan olmayıb.

Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin istintaq və təhqiqat bölməsində araşdırmalar aparılır.

unnamed-6 unnamed-7 unnamed-8

Gününsəsi.info