Xaçmazlı sahibkarlar prezidentə və birinci vitse-prezidentə müraciət etdilər - VİDEO

  • By admin
  • 16 Avqust 2017 12:51

xaçmaz

Xaçmazlı iş adamları-sahibkarlar üzləşdikləri haqsızlıqlardan dad edirlər.

Bununla bağlı hətta, Gununsesi.info-ya Kanal24.az internet televiziyasının Xaçmazdakı “Arzu” Ticarət Mərkəzində baş verənlərlə bağlı hazırladığı  reportajın videosu daxil olub.

Videonu həyəcansız izləmək mümkün deyil və başlarına oyun açılan sahibkarlar sözün həqiqi mənasında fəryad edirlər.
Videoda bir neçə yüksək vəzifəli məmurun da adı çəkilir və intiharın astanasında olan sahibkarlar Prezident İlham Əliyevə və 1-ci Vitse-Prezident Mehriban xanım Əliyevaya müraciət edərək üzləşdikləri bu dəhşətə görə günahkarların cəzalandırılmasını yalvarırlar.
Videonu oxuculara təqdim edirik:

 

https://www.youtube.com/watch?v=6IAteG9XSm4

Gununsesi.info