Oğurluq hadisəsi Nərimanov rayonun Təbriz küçəsi ev 94, mənzil 66 ünvanında qeydə alınıb. Gununsesi.info xəbər verir ki, Sözü gedən ünvanda yaşayan, 29 yaşlı Məlahət Rufulla qızı Əzimova polisə ərizə ilə müraciət edərək evində xadimə işləyən Cəmilə adlı qadının ona məxsus 5500 manat pul və qızıl əşyalarını oğurladığını bildirib.
Məlum hadisə ilə bağlı Nərimanov rayon polis idarəsinə məlumat verilib. Daxil olan şikayət ərizəsi əsasında araşdırma aparılır.