“Xahiş edirəm, siyasi partiyalara ayrılan pulu artırın”

“3-cü ildir ki, siyasi partiyalara ayrılan vəsait artırılmır”.

Gununsesi.info xəbər verir ki, bu fikirləri deputat Tahir Kərimli Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında büdcə müzakirəsi zamanı bildirib.

“Biz də istəyirik ki, regionlarda təşkilatlarımızı möhkəmləndirək. Maliyyə nazirindən xahiş edirəm ki, bu vəsait artırılsın”, -deyə deputat vurğulayıb.

 

Gununsesi.info