“Xahiş edirəm, o statusu siləsiniz” - DEPUTAT SÖZ-SÖHBƏTƏ SON QOYDU

  • By admin
  • 22 Aprel 2018 18:30
“Dostlar, sosial şəbəkələrdə mənim idman naziri olacağımla bağlı aparılan kampaniyanı qəbul etmirəm. Sizdən artıq dərəcədə xahiş edirəm statusu siləsiniz və bu, ölkə rəhbərinin kadr siyasətinə ziddir”.

Gununsesi.info xəbər verir ki, bu sözləri deputat Adil Əliyev “Facebook” səhifəsində sosial şəbəkələrdə onun gənclər və idman naziri olacağı ilə bağlı yayılan söz-söhbətə münasibət bildirərkən deyib.

“Azad müəllim yaxın dostumdur, həm də yaxşı insandır. Federasiya olaraq nazirliklə sıx əməkdaşlığımız var. Bundan çox məmnunam”, – deyə Adil Əliyev qeyd edib.

O vurğulayıb ki, bu gün kimisə facebook üzərindən hansısa vəzifəyə təyin etmirlər:

“Ölkə rəhbəri cənab prezident yaxşı bilir ki, kimi hansı vəzifəyə təyin etmək lazımdır. Mən millət vəkili olaraq millətimə, xalqıma xidmət edirəm. Burada da çox rahatam. Nə də ki, vətənimə, dövlətimə hansısa vəzifəyə görə xidmət etmirəm”.

Gununsesi.info