Xaliq Məmmədov: Karbamid zavodunun tikintisi intensiv aparılır.

  • By admin
  • 05 Yanvar 2017 14:50
xalik
Karbamid zavodunun tikintisi intensiv aparılır.
Bunu Gununsesi.info-ya açıqlamsında SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov deyib.
Onun sözlərinə görə,  hava şəraitindən asılı olmayaraq  tikinti işləri dayandırılmadan  davam etdirlir. “Məqsəd zavodun tikintisini nəzərdə tutulan zamanda istifadəyə verməkdir. Ona görə də son aylarda hava şəratinin qeyri-sabit keçməsinə baxmayaraq, zavodun tikintisində çalışan işçilər var gücü ilə, fədəkarcasına çalışırlar”-  deyə, X. Məmmədov vurğulayıb.
SOCAR-ın vitse-prezidenti əlavə edib ki, karbamid zavodunun  tikintisinin 2018-ci ildə istifadəyə verilməsi planlanlaşdırlır.  “Zavod istifadəyə verildikdən sonra zavodda  ammonyak, gübrə və kənd təsərrüfatı üçün labüd digər məhsullar  istehsal ediləcək ki, bu da kənd təsərrüfatının səmərəli inkişafına hesablanıb. İndiki zamanda ölkədə qeyri-neft sektorunun inkişafında  istehsal olunması nəzərdə tutulan  məhsullara çox böyük ehtiyac var. Hesab edirəm ki, bu zavod respublikamızda qeyri-neft sektorunun inkişafına öz mühüm töhfəsini vermiş olacaq”- deyə, o, bildirib.
 Bununla belə,  zavodun istehsal etdiyi məhsulun gələcəkdə  ixracı məsələsinə toxunaraq vitse-prezident deyib ki, bu istisna deyil və qarşıda duran hədəflərdən biridir. “Çünki zavod müasir tələblərə  və beynəlxalq standartlara cavab verən  parametrlərə uyğun qurulur. Ona görə də zavoddakı məhsulların yüksək keyfiyyətlə istehsalı nəzərdə tutulub və keyfiyyətli məhsula da, hər zaman tələbat olub. Təbii olaraq zavodun işini elə qurulacaq ki, istehsal olunan məhsullar qısa zamanda təkcə ölkə bazarında deyil, eyni zamanda region ölkələrinə də çıxarılsın. İnanıram ki, zavod  fəaliyyətə başladığı qısa zaman ərzində ümumiyyətlə bölgədə özünəməxsusu bir yer tutuacaq. Bununla həm ölkə iqtisadiyyatının müxtəlif sahələrinin inkişafına təkan verməklə  yanaşı, ixracat nəticəsində ölkəyə valyuta gətirəcək”- deyə, X. Məmmədov  bildirib.
Mürtəza
Gununsesi.info